Haqqımızda

Dünyanın ən iri qlobal kommunikasiya şəbəkələrindən biri olan və əsası 1835-ci ildə Parisdə qoyulan “Havas”ın hazırda dünyanın 100-dən çox ölkəsində 20.000 əməkdaşı var. “Havas Group” kreativlik, media və innovasiyalar vasitəsilə insanlarla brendlər arasında məna kəsb edən əlaqələr yaratmaq istiqamətində dünyanın ən yaxşı şirkəti olmağı hədəfləyən agentlikdir.


“Havas Media Azərbaycan” Kreativ Biznes İdeyaları hesabına brendin istehlakçılarla uzunmüddətli, həqiqi bağlılıq və münasibətlər yaratması, biznesin böyük fayda gətirə bilməsi üçün fədakarlıq göstərən ixtisaslaşmış peşəkar heyətə malik, strateji və taktiki media planlaşdırma, media satınlama, yerləşdirmə və nəzarət, qeyri-standart və rəqəmsal media layihələrinin həyata keçirilməsi üzrə tam çeşiddə xidmətlər təqdim edən, eləcə də bazarın tədqiq edilməsi ilə məşğul olan kreativ və media agentliyidir.