Kapital Bank

"Havas Media Azerbaijan" olaraq ölkəmizin birinci bankı Kapital Bankla iş birliyinə başladıq və bankın mobil tətbiqi BirBank-ı müxtəlif kommunikasiya vasitələri ilə insanlara tanıtdıq.

Əvvəlcə bankın loqosunu xatırladan və brend identifikasiyasına uyğun BirBank tətbiqinin xüsusi ikonunu hazırladıq.

Daha sonra mobil bankçılığın ən böyük üstünlüklərindən biri olan “bank əməliyyatları üçün gözləməmək” üstünlüyünü insanlara çatdırmaq üçün “Gözləmə!” kampaniyasına start verdik. Tizer mərhələsində “Gözləmə!” mesajı ilə insanları intizarda saxladıq, açıq hava reklamları, televiziya kanallarında 3 fərqli tizer çarxı, radioda tərkibində “gözləmək” sözü olan Azərbaycan mahnıları ilə dinləyicilərə “Gözləmə!” dedik.

Eyni zamanda sosial mediada tizer səhifə hazırlayıb, #gozleme heşteqi ilə paylaşımlar etdik, gozleme.az vebsaytı yaratdıq. İki həftə sonra əsas kampaniyaya start verdik, tətbiqi bütün media məcralarında insanlara tanıtdıq. Sosial mediada müxtəlif postlarla tətbiqin üstünlüklərini çatdırdıq. Həm tizer, həm də əsas mərhələnin nəticələri gözləntilərin üstündə oldu və kampaniyanın uğurlu olduğundan xəbər verdi.