Shop.az

Azərbaycanın ən böyük onlayn alış-veriş platformalarından olan Shop.az üçün həyata keçirdiyimiz reklam kampaniyası uğurlu işlərimiz sırasındadır. 

Kampaniyanın əsas hədəfi Shop.az platformasının üstünlüklərini, rahatlığını və məhsul çeşidliliyini geniş auditoriyaya çatdırmaq idi. Məhz bu məqsədlə Shop.az-dan bir çox şeyi asanlıqla almağın mümkün olduğunu göstərən "Nə istəsən, alınar" sloqanını ərsəyə gətirdik. Ardınca hər biri müxtəlif situasiyaları özündə əks etdirən 4 ssenarimiz əsasında konseptual reklam çarxları çəkildi. Həmin çarxlarla digital dünyada, açıq hava reklamları ilə isə reallıqda hər kəsə "Nə istəsən, alınar" mesajını ötürdük. 

Bütün bunlarla yanaşı, platformanın sosial media səhifələrində kampaniya üçün xüsusi stilistika hazırladıq və digital məcralarda istifadəçilərin diqqətini cəlb etdik. Sözsüz ki, burada əla nəticələr əldə etməmizdə digital reklamları xüsusi auditoriyaya uyğun hədəfləməyimiz vacib rol oynadı.

Bir sözlə, peşəkar və konseptual yanaşma sayəsində "Nə istəsən, alınar" sloqanlı kampaniyamız uğurlu alındı.