Natura

Təbiətdə olmağın xəyalı belə gözəldir. Təbiəti dadmağın bəs?

“Natura” bizdən reklam kampaniyası hazırlamağımızı istəyəndə brend kimliyindən yola çıxaraq məhz bunu düşündük. Elə mesajımızda da “Natura”nın ləzzətini və təbiiliyini vurğuladıq: Natura — Təbiətdən dad!

Mesajla yanaşı, videoçarx da hazırladıq. Emosional toxunuşlarla “Natura” ilə təbiətin evlərə qonaq olduğunu göstərdik. Nəticədə təkcə məhsul üstünlüklərini çatdırmadıq, həm də insanların izləyərkən özlərini təbiətdə hiss edəcəkləri bir videoaçrx ərsəyə gətirdik.

Növbəti mərhələdə reklam çarxı ilə uyğunluq təşkil edən “key visual” və mağazalar üçün xüsusi stend dizaynları yaratdıq. Effektiv BTL ideyamızla isə kampaniyanı uğurlu şəkildə nəticələndirdik.

Kampaniyanın uğuru üçün komanda olaraq var gücümüzlə çalışdıq. Yorulduğumuz anlarda isə bol-bol “Natura” içərək özümüzü təbiətin qoynunda hiss etdik.