Brendfoni

Uğurla həyata keçirdiyimiz 360° marketinq kampaniyaları arasına daha biri –Brendfoni.com.tr üçün hazırladığımız kommunikasiya kampaniyası da daxil oldu.

Brendfoni.com.tr Türkiyə mərkəzli onlayn alış-veriş saytıdır. Sayt ölkəmizdə xidmət göstərməyə başladığını şopinqsevərlərə çatdırmaq məqsədilə güclü və cəlbedici kampaniya gerçəkləşdirmək istəyirdi.

Biz ilk öncə geniş bazar araşdırması edərək onlayn alış-verişlərdəki mövcud vəziyyəti, insanların qarşılaşdıqları problemləri və "Brendfoni"nin bu problemlərə gətirdiyi həll yollarını analiz etdik. İnsanların onlayn şopinq edərkən 4 fəsil boyunca çətinliklər çəkdiyini bilirdik. Elə mesajımızda və yanaşmamızda məhz bu nöqtədən yola çıxdıq. Mesajımız məhz belə oldu: Brendfoni: Alış-verişin yeni fəsli – Rahatlığın fəsli!

Kampaniyanın mesajı ilə yanaşı, reklam çarxı üçün ssenari hazırladıq. Ssenaridə mesajımızı dinamik şəkildə çatdırdıq, səhnələri də məhz fəsillərə və brendin ikonik rənglərinə uyğun seçdik. İdeyamızı qısa müddət ərzində təsəvvür etdiyimiz kimi və istədiyimiz səviyyədə reallaşdıra bilmək üçün Türkiyənin təcrübəli və peşəkar komandası ilə çalışdıq, çəkilişlər də elə İstanbulda baş tutdu. Reklam çarxımızın baş qəhrəmanı isə ekranların sevilən siması Kəmalə Piriyeva oldu. Hətta çarx üçün xüsusi "jingle" da ərsəyə gətirildi.

Növbəti mərhələdə brend üçün daha müasir, dinamik və reklam çarxı ilə uyğunluq təşkil edəcək korporativ stilistika yaratdıq. Eyni zamanda bu stilistikaya əsaslanaraq bilbordlar yaratdıq.

Hədəf kütləsinə çatmaq üçün həm onlayn, həm də oflayn kanallardan aktiv istifadə etdik. Digital və ənənəvi məcralar üçün xüsusi media planlar hazırladıq, bütün yerləşdirmələri də həmin plan əsasında reallaşdırdıq. Xüsusən müxtəlif digital məcraların ("YouTube bumber"; "Instagram story"; monitor və s.) tələblərinə uyğun şəkildə TVC və KV adaptasiyaları hazırladıq. Markanı və onun üstünlüklərini daha yaxşı çatdıra bilək deyə hədəf kütləsinə yaxın bir dildə kommunikasiya apardıq. Elə bu məqsədlə çeşidli xəbər səhifələri və bloqqerlərlə əməkdaşlıq etdik, effektiv influenser kampaniyası keçirdik.

Bir sözlə, layihənin uğuru naminə komanda olaraq var-gücümüzlə çalışdıq. Yeni, uğurlu layihələrə qədər!