Code Academy

İllərdir tərəfdaşlıq etdiyimiz “Code Academy” üçün "Yeni dünya" konseptinin davamı kimi daha bir kampaniyanı uğurla həyata keçirdik.
Kampaniya çərçivəsində akademiyanın tədris sahələrinin öz elementləri və rəng tonları ilə yer aldığı fantastik bir dünya qurduq. Paralel olaraq izləyiciləri həmin dünyaya səyahətə, onu kəşfə səsləyən bir sloqan da ərsəyə gətirdik: Yeni dünyanı kəşf et!

Belə bir kampaniya üçün simvolik bir element olmasa, olmazdı. Məhz buna görə də yeni dünyanı kəşfə aparan və kampaniyamızın simvoluna çevrilən raketdən istifadə etdik.

Növbəti mərhələdə istifadəçilər yeni dünyanı daha fərqli – əylənərək kəşf etsinlər deyə filter də ərsəyə gətirdik. Konsept daxilində hazırladığımız bu filterdə də məxsusi elementlər və rəng tonları öz yerini aldı. Kampaniya mesajımızı isə filterə belə adaptasiya etdik: Yeni dünyanı filterlə kəşf et!

Gördüyünüz kimi, hər şeyi detallıca işlədik və nəticədə, möhtəşəm bir işə imza atmış olduq.