Hyundai

"Havas Media Azerbaijan" olaraq uğurlu əməkdaşlıqlarımızdan biri də “Hyundai” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Auto Azərbaycan” şirkəti ilə baş tutmuşdur. Azərbaycan yollarında hərəkət zolaqlarının tələblərinin pozulmasının qarşısının alınması və sürücülərin diqqətinin bu məsələyə cəlb olunması məqsədilə “Zolağı pozma” kampaniyasına start verdik.

Əvvəlcə kampaniyanın ümumi konsepti, əsas mesajı və loqotipi hazırlandı. Daha sonra zolağın pozulması nəticəsində yarana biləcək qəza vəziyyətləri çöl reklamları vasitəsilə əks etdirildi. Bununla da sürücülərə qaydaların pozulmasının hansı nəticələrə gətirib çıxara biləcəyini göstərmiş olduq. Eyni zamanda “Zolağı pozma” mesajının yer aldığı stikerlər hazırlandı və sürücülərə paylandı.

Beləliklə, sürücülər də bu stikerləri avtomobillərinə yapışdırmaqla kampaniyanın daha geniş yayılmasına və daha çox şəxsin diqqətinin bu məsələyə yönəlməsinə səbəb oldular.