Nar

Uğurlu əməkdaşlıqlarımızdan biri də Azərbaycanın ən böyük telekommunikasiya şirkətlərindən olan Nar Mobile üçün həyata keçirdiyimiz “Full” tarifinin 360° kommunikasiya kampaniyasıdır.

Əvvəlcə kampaniyanın ümumi kommunikasiya konsepsiyasını hazırladıq və “Nə cib yansın, nə balans” sloqanı ilə kampaniyaya start verdik. Kampaniya çərçivəsində 2 fərqli reklam çarxı hazırlandı. Açıq hava və radio reklamlarla da "Full" tarifini insanlara tanıtdıq.

Eyni zamanda kampaniyanın digital məcralarda da daha geniş kütlələrə çatması üçün sosial media postları paylaşdıq, yuxu.nar.az saytı yaradaraq insanlara oyun oynamaqla həm əylənmək, həm də hədiyyə qazanmaq şansı yaratdıq.

Həyata keçirilən kampaniyanın nəticələri gözləniləndən daha yaxşı oldu və beləliklə, “Full” tarifinin geniş kütləyə çatdırılmasına nail olduq.