Paşa Sığorta

"Havas Media Azerbaijan" olaraq ölkəmizin ən böyük sığorta şirkətlərindən biri olan Paşa Sığorta ilə iş birliyinə başladıq və şirkətin kasko sığorta xidmətinin reklam kampaniyasını həyata keçirdik.

Kampaniya tizer və əsas mərhələ olmaqla təqdim olundu. Tizer mərhələdə açıq hava reklamlarında “Qaydalarla sürürsən?” mesajı ilə müxtəlif avtomobil qəzası situasiyaları əks olundu. Əsas mərhələdə isə “Qaydalarla sürürsənsə, bu sənin kaskondur” və “Xərcin az, ödənişin tam olsun” mesajları ilə Paşa Sığorta-nın kasko xidmətinin üstünlükləri müxtəlif açıq hava reklamları ilə insanlara çatdırıldı.

Eyni zamanda kasko xidmətin üstünlüklərini vurğulamaq üçün gündəmdə olan tanınmış simalardan biri olan Taleh Yüzbəyovun iştirakı ilə yumoristik videoçarx hazırlayaraq, xidmətin daha geniş kütlələrə çatması məqsədini həyata keçirdik.