Baku City Circuit

“Havas Media Azerbaijan” olaraq bütün dünyada tanınan və ilk dəfə olaraq Azərbaycanda keçirilən Formula 1 Avropa Qran Prisi, Bakı Şəhər Halqasına biz də öz töhfəmizi verdik.

Əvvəlcə yarışın adrenalin və həyəcanı ilə Odlar Yurdunun özünəməxsus ruhu və güclü enerjisini özündə əks etdirən sloqan hazırladıq. Yarışmanın sloqanı – “Odlar Ölkəsində, Sürət Zirvəsində!” olmaqla azərbaycan dilində, “The speed is higher in the land of fire!” olmaqla ingilis dilində yayımlandı.

Daha sonra isə Formula 1 Avropa Qran Prisi, Bakı Şəhər Halqası üçün 10 saniyəlik bilet satışı ilə bağlı elan videosu və 45 saniyəlik yarışmanın əsas tanıtım çarxını hazırladıq. Hər iki videoçarx bir neçə dildə olmaqla Formula 1 yarışlarının sürət, həyəcan və adrenalin dolu enerjisi ilə Odlar Ölkəsinin özünəməxsus mədəniyyəti və ruhunun vəhdətini özündə əks etdirir. 

Bundan əlavə Bakıya ilk dəfə gələn məhşur Formula 1 pilotu Fernando Alonsonun şəhər ilə bağlı ilk təəssüratları, Odlar Ölkəsində qarşılanması, ölkənin mədəniyyəti ilə tanışlığı və burada keçirilən F1 yarışları ilə bağlı fikirlərinin əks olunduğu promo çarx hazırlandı.

Eyni zamanda Bakı Şəhər Halqası üçün ümumi kreativ konseptə uyğun olaraq çöl reklamları hazırlandı və şəhərin müxtəlif yerlərində nümayiş etdirildi.