Kapital Bank

Kapital Bank ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyimiz mühüm işlərdən biri də BirBank mobil tətbiqi üçün ikonun hazırlanmasıdır. Burada əsas məsələ tətbiqin həm bankı, həm də özünü ifadə edə biləcək ikon yaratmaq idi. Biz də məhz Kapital Bank-ın brend identifikasiyası əsasında 1 rəqəmi formalı minimalist ikon hazırladıq. İkon 1 rəqəmi ilə yanaşı, yuxarıya doğru yönəlmiş oxu xatırladır. Bu isə yüksəlişi və dinamikanı ifadə edir. Bankın üslubunu ikonda əks etdirməyimiz isə istifadəçilərə öz banklarına məxsus tətbiqi asanlıqla tanımaqda kömək oldu.